17 May 2024 08:18

Şəhid İlham Hüseynovun doğum günüdür

Azadsöz.az xəbər verir ki, bu gün şəhid İlham Hüseynovun doğum günüdür.İlham Umid oğlu  Hüseynov 2000-ci il sentyabr 8-də Göyçayın Qarayazı kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak  edib.İlham Hüseynov oktyabrın 19-da şəhid olub. Göyçayda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlham Hüseynov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.