23 Noyabr 2024 19:48

Azərbaycan Selvedge Dünya Satış Sərgisində təmsil olunacaq-TARİX

Azadsöz.az xəbər verir ki, avqustun 31-dən sentyabrın 5-dək geyim mədəniyyəti və yaradıcılığı bayramı sayılan Selvedge Dünya Satış Sərgisi keçiriləcək.

Bu barədə  Milli Xalça Muzeyindən məlumat yayıb.

Bildirilib ki, sərgidə 75 ölkədən 150-dən çox sənətkar öz milli mədəni irsini, tekstil ənənələrini kolleksiyaları vasitəsilə nümayiş etdirəcəklər.

Selvedge 2021 Dünya Satış Sərgisi çərçivəsində sentyabrın 4-də “Yaradıcılıq günü” təşkil olunacaq və 24 saat ərzində onlayn görüşlər, söhbətlər, sual-cavablar, film təqdimatları, sənətkarlarla müsahibələr və emalatxanalarda görüşlər baş tutacaq. “Yaradıcılıq günü” proqramında Yeni Zelandiya, Honq-Konq, Yaponiya, Hindistan, Misir, Avstriya, Böyük Britaniya, Kolumbiya, Çili, Meksika, Kanada ilə yanaşı Azərbaycan da təmsil olunacaq.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova Selvedge Dünya Sərgisinin seçim komissiyasında iştirakla yanaşı, sentyabrın 4-də saat 11:00-da baş tutacaq onlayn görüşdə təqdimatla çıxış edəcək. Şirin xanım Azərbaycan mədəniyyətinin simvolu, xalqımızın həyat tərzində əsas rol oynayan xalça sənəti haqqında məlumat verəcək. Ş.Məlikova iştirakçılara muzeyin yeni layihələri, inklüziv proqramları, boyama sənətinin inkişafı və qədim xalçatoxuma texnikalarının dirçəldilməsi istiqamətində fəaliyyətindən ətraflı bəhs edəcək.

Sonra izləyicilər muzeyin Beynəlxalq Əlaqələr və İnnovasiyalar Departamentinin müdiri Firahnaz Musayevanın bələdçiliyi ilə dünyanın ilk Xalça Muzeyinə virtual tura dəvət olunacaqlar.

Azərbaycan xalçaçılıq sənətinə həsr olunmuş 1 saatlıq proqramın sonunda Xalq rəssamı Eldar Mikayılzadə ilə onun emalatxanasında onlayn görüş təşkil olunacaq.

Xalçaçı-rəssam ölkəmizdə xalçaçılıq ənənələrinin yaşadılması, inkişaf

etdirilməsi haqqında danışacaq, yeni yun və ipək xalçaların toxunma prosesini nümayiş etdirəcək.

Qeyd edək ki, otuz minə yaxın tekstil həvəskarının mütəxəssislərdən maraqlı məlumatlar əldə etmək, ayrı-ayrı ölkələrin milli mədəni irsini öyrənmək, yeniliklər kəşf etmək, gözəl sənət nümunəsi almaq üçün Selvedge Dünya Sərgisini ziyarət etməsi gözlənilir.

Ankara escort İstanbul Travesti Shemale İstanbul