04 May 2024 00:08

Fərqliliyimiz Uğurumuzdur

Ali məktəblərin bakalavriat səviyyəsinə qəbul üçün ixtisas seçiminin vaxtı uzadıldı

Azadsöz.az xəbər verir ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçiminin vaxtı uzadılıb.İxtisas seçimi avqustun 31-i saat 11:00-da başa çatacaq.

I-V ixtisas qrupları üzrə 60 298 elektron ərizə təsdiq edilib. Bunlardan 18640- I qrup üzrə, 13 191-i II qrup, 17 051-i III qrup, 4 912 ərizə isə IV qrup üzrədir.V qrup üzrə ərizə təqdim edənlərin sayı isə 9 010-dur.

Qeyd edək ki, müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər (subbakalavrlar) iştirak edə biləcəklər.