23 Noyabr 2024 09:32

Abşeronda məskunlaşan qazi ailəsi uzun müddətdi haqqını tələb edə bilmir-FOTOLAR

Prezident İlham Əliyevin  Qarabağ müharibəsi əlillərinə, veteranlara  və şəhid ailələrinə göstərdiyi  qayğı və diqqət  dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Əlil və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması bununla  yanaşı  onların sosial  vəziyyətlərinin müsbətə doğru həlli   istiqamətində görülən işlər  dövlət  başçısının əvəzolunmaz  xidmətlərindən  xəbər  verir.Amma, bu gün bəzi  yerli icra orqanlarının rəhbərləri və nümayəndələri ölkənin həssas qrupundan  olan  ailələrə  düzgün  şəkildə  xidmət  edib, vəzifə  borclarını  layiqincə  yerinə  yetirmirlər. Səkkiz ildi haqqına  sahib  çıxa  bilməyən və incidilən  bir  qazi  ailəsini  sizlərlə  yaxından  tanış  edəcəyik.

Abşeron  rayonu, Mehdiabad qəsəbəsində  məcburi  köçkünlər  üçün inşa edilmiş “Qarant” yaşayış  kompleksində bina 10, mənzil 30-da  məskunlaşan Füzuli rayonundan məcburi köçkün, Birinci  Qarabağ  müharibəsində  başından  güllə  yarası  alaraq ağır  yaralanan 1-ci qrup əlil (başının bir hissəsi  kapron, bir  hissəsi  isə  iflicdi.Bədənin yalnız  20 %  işləyir) İmranov Ramil İmran  oğlunun haqlı  səsinə  səs verən  yoxdur. Qazimizin həyat yoldaşı İmranova Əfsanə Oruc  qızı Azadsöz.az-a şikayət məktubu göndərib.

Azadsöz.az-a Əfsanə İmranovanın müraciətini təqdim edir:

“ Yoldaşım iş qabiliyyətini  itirdiyindən və  sosial  vəziyyətimiz ürək  açan  olmadığından Prezident İlham Əliyevə  2014-cü ildə məktub ünvanlayaraq  kömək  istədim.Dövlət başçısının  göstərişinə əsasən, Abşeron rayon İcra  Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın tərəfindən Abşeron  rayonu  Mehdiabad  qəsəbəsi  ərazisində 0,0080 ha torpaq  sahəsi ayrılaraq, bir mərtəbəli ( 79,50 m) qeyri-yaşayış  obyektinin tikintisinə icazə verilib.Hal-hazırda həmin qeyri-yaşayış obyekti iki  hissəyə  bölünüb.Bir  hissəsi  gözəllik salonu  bir  hissəsi  isə  aptek kimi  fəaliyyət  göstərir.Bizə verilən  qeyri-yaşayış  obyektinin müəyyən hissəsi 2014-cü  ildə Abşeron  rayonu, Mehdiabad qəsəbəsində  məcburi  köçkünlər  üçün inşa edilmiş “Qarant” yaşayış  kompleksinə təyin olunan “JEK” müdiri Əliyev Səfa Tahir oğlu işlədiyi müddətdə qanunsuz olaraq Abşeron  rayonu  Mehdiabad  qəsəbəsi  “Qarant” yaşayış  kompleksində  yaşayan Cəbrayıl  rayonundan məcburi köçkün Məmmədov Məmmədəli Mustafa oğluna verilib, Məmmədəli Məmmədovda həmin yerə  dəmir  qaraj qoyub. Sonradan  “JEK” müdiri Əliyev Səfa Tahir oğlu işindən azad  edilib.2019-cu ildə Quliyev Tuqay Elman oğlu Abşeron  rayonu  Mehdiabad  qəsəbəsi  “Qarant” yaşayış  kompleksinə “JEK” müdiri təyin olunub.

Qanunsuzluq bağlı Abşeron Rayon Məhkəməsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət etdim haqlı  olduğum üçün hər  iki  məhkəmə  mənim  xeyirimə  qərar  çıxartdı.Məhkəmə qərarının  icra  olunması üçün Abşeron rayon icra  və probasiya şöbəsinin icra məmuru Vadim Əliyevə göstəriş verildi. Amma,  bun günə  kimi Vadim Əliyev və Abşeron rayon icra  və probasiya şöbəsinin rəis müavini Emil Hadıyev tərəfindən məhkəmənin qərarı icra olunmur.Vadim Əliyev işini  icra  etməkdənsə  bir dəfə Abşeron Rayon Məhkəməsinə, iki  dəfə  də Sumqayıt Apelyasiya Məhkəməsinə  mənimlə  bağlı  şikayət  edib. Ancaq, məhkəmə  onun şikayətini  təmin etməyib.


Bildirim ki, Abşeron rayon icra  və probasiya şöbəsinin icra məmuru Vadim Əliyev və Abşeron rayon icra  və probasiya şöbəsinin rəis müavini Emil Hadıyev özünün  və “JEK” -in işçiləri birlikdə qanunsuz  akt hazırlayaraq, mənim  imzam olmadan imzalayıblar. Həmin aktı Abşeron rayon İcra  Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın birinci  müavini İlham Quliyevdə imzalayıb.Narazılığımı  bildirəndə  qeyd edir ki, mənim o sənəddən  xəbər  yoxdur.Haqlı  tərəf  olmağıma  baxmayaraq, “JEK”  
müdiri Tuqay Quliyev ailəmə  qənim  kəsilib.Onun qanunsuz  hərəkətlərindən  bezərək, obyekti  bir il işlədə  bilmədim. JEK”   müdiri Tuqay Quliyev, işçisi Zakir Hüseynov və digər səkkiz nəfər birləşərək ərzə yazırlar ki, mənə məxsus  olan  aptek  bağlasın görə qanunsuzdur.Abşeron rayon icra  və probasiya şöbəsinin rəis müavini Emil Hadıyev Azərbaycan Respublikası Ədliyyə Nazirliyində İcra  baş İdarəsinin məsləhətçisi Samir Məmmədova məktub  ünvanlayaraq bildirib  ki, Abşeron  rayonu, Mehdiabad  qəsəbəsi  ərazisində yerləşən dəmir  qarajın yerini müəyyən etmək olmur.Bu zaman  belə  bir  sual  ortaya çıxır Hörmətli Emil  müəllim  əgər  qeyd  etdiyin yeri  tapa  bilməmisənsə onda  necə qanunsuz  məktub yazıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə  göndərmisən?.

Ədliyyə Nazirliyində İcra  baş İdarəsinin məsləhətçisi Samir Məmmədovda öz  növbəsində  mənə məktub ünvanlayıb.Məktubda  bildirilir ki, “İcraat  dövründə Abşeron  rayonu, Mehdiabad  qəsəbəsi  ərazisində yerləşən dəmir  qarajın yerləşdiyi yeri müəyyən etmək  mümkün olmadığından icra sənədi icra məmurunun 19.03.2021- ci il tarixli qərarı ilə “İcra haqqında”  Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinə əsasən məhkəməyə  geri qaytarılmışdır”.

Bu günə kimi döymədiyim qapı,şikayət  etmədiyim  ünvan qalmayıb, problemi həll edən  yoxdur.Abşeron Rayon Prokurorluğuna şikayət  ərzəsi vermişəm.“JEK”  müdiri Tuqay Quliyev və  Abşeron rayon icra  və probasiya şöbəsinin icra məmuru Vadim Əliyev prokurorluğa  çağrılıb.Ancaq, bu günə  kimi müsbət  nəticə yoxdur”.

İnanırıq ki, qazi  ailəsinin bu müraciətindən sonra adiyyatı  qurumlar problemin müsbət  həllinə  doğru  çalışacaqlar.İmranova Əfsanə Oruc  qızının əlaqə nomrəsi: 070-386-06-00.

Qeyd edək ki, mövzuya yenidən  qayıdacayıq.

Açıklama yok.

 

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Ankara escort İstanbul Travesti Shemale İstanbul