08 Sentyabr 2024 06:51

ABŞ-da bayraqlar endiriləcək

Azadsöz.az xəbər verir ki, ABŞ-da Kabildə törədilən terror aktında həlak olanların xatirəsinə dövlət bayraqları endiriləcək.

Bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki məlumat verib.

Qeyd edək ki, Kabil hava limanı yaxınlığındakı partlayışlar nəticəsində 12 Amerika əsgəri də daxil olmaqla ən azı 90 nəfər ölüb.