04 May 2024 22:39

Fərqliliyimiz Uğurumuzdur

Akademik Musiqili Teatrın aktyoru Məhərrəm Qurbanovun bu gün ildönümüdür-FOTO

Azadsöz.az xəbər verir ki, bu gün Akademik Musiqili Teatrın aktyoru Məhərrəm Qurbanovun ildönümüdür.Məhərrəm Valeh oğlu Qurbanov 24 iyul 1959-cu ildə Gəncə şəhərində anadan olub. 1982-ci ildə Bakı Mədəni-Maarif texnikumunu fərqlənmə diplomu ilə bitirib.1983-cü ildə Azərbaycan Dövlət  İncəsənət İnstitutuna daxil olub (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti).1988-ci ildə ali təhsilini başa  vurub, həmin ildə Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb.

Məhərrəm Qurbanov  1996-cı ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrının (indiki Akademik Musiqili Teatr) truppasında fəaliyyət göstərib.Teatrda işlədiyi müddət ərzində S.Ələsgərov “Subaylarınızdan görəsiniz”də Əbülhəsən, E.Sabitoğlu “Nəğməli Könül”də İnzibatçı, E.Sabitoğlu “92 dəqiqə gülüş”də Mağaza müdiri, O.Rəcəbov “Əlin cibində olsun”da oğlan, R.Mustafayev “Məsmə xala dayımdır”da Cəfərqulu, E.Sabitoğlu “Bankir adaxlı”da cangüdən, sərxoş ər, S.Fərəcov “Bir günlük siğə”də Parnok, O.Rəcəbov “Şeytanın yubileyi”ndə Səlim, M.F.Axundov “Kimyagər” tamaşasında Ağa Zaman , İ. Gözəlova “Min bir gecə” tamaşasında Padşah, Elçin “ Baladadaşın toy hamamı” Əmirqulu, Ekzüperinin “Balaca şəhzadə” tamaşasında Əyyaş və s. obrazları özünəməxsuz ustalıqla oynayıb.

Teatrda oynadığı  tamaşalarla  yanaşı “Ay Yay Yay”,  “Kolxoz 85”, “Anam, bacım, rus gəlin “ ,“İmtahan”, “Niyə ?!”  seriallarında çəkilib.Məhərrəm Qurbanov 19 avqust 2019-cu ildə ağır beyin kötüyü insultu diaqnozu ilə xəstəxanaya yerləşdirilib.21 avqust 2019-cu ildə dünyasını dəyişib.

 

Aktyor Məhərrəm Qurbanov vafat edib. | www.ARX.az

Məhərrəm Qurbanov vəfat etdi » BAKU.NEWS

Azərbaycanlı aktyorun vəziyyəti ağırdır - Həkimlər 72 saat vaxt qoyub