Azadsöz.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi 2020-ci ilin noyabrından bu yana Laçın dəhlizindən gedib-gələnlərin, o cümlədən avtomobillərin sayını açıqlayıb.
Rusiya tərəfinin açıqladığı rəqəmlərə əsasən sülhməramlıların regiona yeridilməsindən bu yana Laçın dəhlizi vasitəsilə sülhməramlıların məsuliyyət zonasına aid olan Azərbaycan ərazilərinə 58 mindən artıq avtomobilin təhlükəsiz gediş-gəlişi təmin edilib. O cümlədən 210 minə yaxın adam, ərzaq və müxtəlif mallar Laçın dəhlizi ilə Qarabağa və geriyə daşınıb.
Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Vasili Davıdov bildirib ki, hər gün müşahidə postlarından 200-ə yaxın avtomobil keçir. “Blokpost” avadanlıqları ilə təchiz edilmiş postlarda hərbi qulluqçular “döyüş hazırlığına, habelə mümkün pozuntuların və hücumların qarşısının alınmasına” dair planlaşdırılmış məşğələləri davam etdirirlər.