23 Noyabr 2024 16:50

“Qarabağsellə Qarabağdan səsimiz gəlsin”!-Anar Nağıyev

Azadsöz.az  Göyçay rayon qəzetinin baş redaktoru  vəzifəsini icra  edən Anar Nağıyevin  facebook  sosial hesabında  paylaşdığı paylaşımını  sizlərə təqdim edir:

“Əziz və hörmətli həmvətənlər, dostlar, tanışlar, yoldaşlar istərdim Sizlərə belə bir təşəbbüslə bu lahiyəni həyata keçirilməsində mənə dəstək olasınız.

Qarabağsellə Qarabağdan səsimiz gəlsin!

Azərbaycan ordusunun cəbhədə əldə etdiyi qələbədən sonra Azərbaycan-Rusiya-Ermənistan arasında üçtərəfli Bəyanat imzalandı. Bununla da məğlub tərəf kimi rəsmi İrəvan üzərinə bir sıra öhdəliklər götürməyə məcbur oldu. Ağdam rayonunun işğaldan azad olunması da noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Heç kimə sirr deyil ki, üçtərəfli bəyanat Azərbaycanın Qələbəsidir, torpaqlarımızın qayıtmasıdır, bayrağımızın ucaldılmasıdır. Ermənilər əsgərlərimizin şücaətini, döyüş ruhunu və dəmir yumruğunu, eləcə də öz məğlubiyyətlərini görməsəydilər Ağdamın işğalına son qoymazdılar. Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytarır. Deməli ərazidə yalnız bizim qanunlarımız işləyəcək. Bundan sonra ora ilə bağlı bütün qərarları yalnız rəsmi Bakı, yəni Azərbaycan xalqı verəcək. Bu gün yaşadığımız günlər, yaşadığımız anlar hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq. Ölkəmizin gözəl guşələrindən biri olan Ağdama igid əsgərlərimiz zəfər addımları ilə daxil oldu. Ağdamlılar öz evlərinə, ata-baba yurdlarına qayıdacaqlar. Oradakı evləri bərpa edib Azərbaycan bayrağı altında təhlükəsiz şəkildə yaşayacaqlar. Ona görə də bir daha vurğulanmaq lazımdır ki, Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir. Bu hadisə tarix boyu xatırlanacaq və daim bu qələbənin verdiyi qürur hissi ilə yaşayacağıq. Ağdamın işğaldan azad edilməsi ilə bağlı xalqa şad xəbəri çatdıran Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevöz çıxışında bunları demişdir: “Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız”. Bir Ağdamlı, bir məcburi köçkün və ən nəhayət bir Azərbaycanlı üçün bundan gözəl xəbər ola bilməz. 30 ilə yaxın bir müddətdə işğala məruz qalan, məcburi köçkün həyatının acılı günlərini hər anındaca hiss edən insanlara bu xəbərdən ali və fərəhli heç nə ola bilməz. Prezident İlham Əliyev daha sonra bu sözləri öz nitqinə əlavə etmişdir: “Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir”.

Füzuli-Şuşa, Kəlbəcər- İstisu avtomobil yolunun inşası Qarabağ torpaqlarına yeni nəfəs gəlməsi, yeni canlanma yaranması deməkdir. Bu yolun çəkilməsi şanlı Qələbəmizin təsdiqi, möhkəmlənməsi deməkdir. Bu yolun tezliklə istifadəyə verilməsinin nəzərdə tutulması qədim, əzəli ərazilərimizin yaxın dövrdə çiçəklənməsi, gülüstana çevrilməsi deməkdir. Prezident İlham Əliyev bu səfəri zamanı işğaldan azad olunan torpaqlarda düşmənin bütün infrastrukturumuzu dağıtdığını, kənd və şəhərlərimizi demək olar ki, yerlə-yeksan etdiyini, bununla da qəsbkarın rəzilliyini bütün dünyaya göstərdiyini vurğulayıb. Həmçinin vəhşi işğalçının Qarabağ torpağına vurduğu ziyanın dəqiq hesablanacağı, zərərçəkmiş bütün insanların dövlət dəstəyi hesabına öz dədə-baba torpaqlarına qayıdacaqlarını, bütün bu işlərin planlı şəkildə gerçəkləşdiriləcəyini diqqətə çatdırıb: “Böyük baş plan tərtib ediləcək. Müvafiq göstərişlər verilib. Hər bir şəhər üçün xüsusi baş plan tərtib ediləcək. Burada bütün inzibati binalar, ictimai binalar, məktəblər, tibb ocaqları yaradılacaq. Bütün infrastruktur yaradılacaq. Küçələr salınacaq, parklar, xiyabanlar salınacaq. Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq və həyat qayıdacaq”. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən düşünülmüş, gələcək inkişafa hesablanmış ardıcıl və məqsədyönlü sosial-iqtisadi siyasət digər sahələrdə olduğu kimi, informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunda da öz bəhrəsini vermişdir. Son illər sektor üzrə uğurlu nəticələr əldə edilmiş, ölkə və region üçün böyük əhəmiyyət kəsb edən layihələr həyata keçirilmişdir. Azərbaycanda İKT sahəsində beynəlxalq təcrübəyə, qabaqcıl texnologiyalara və səmərəli tərəfdaşlığa əsaslanan fəaliyyət sayəsində əksər istiqamətlərdə müsbət nəticələr əldə edilmişdir. Təkcə 2004-2020-ci illərdə ölkədə İKT-dən əldə olunan gəlirlərin orta illik artım tempi ümumdünya göstəricisini 3-5 dəfə qabaqlamış və bu dövrdə özəl sektorun İKT bazarında payı artaraq 80 faizə çatmışdır. İKT bazarında azad rəqabət mühitinin formalaşdırılmasına xidmət edən islahatların, o cümlədən səmərəli özəlləşdirmə və tənzimləmənin həyata keçirilməsi ölkədə yeni sabit və mobil rabitə operatorlarının, İKT məhsul və xidmət istehsalçılarının yaranmasına və onların bölgənin İKT bazarının fəal iştirakçılarına çevrilməsinə səbəb olmuşdur. Ölkədə ən müasir standartlara uyğun milli telekommunikasiya, poçt və teleradio infrastrukturu formalaşmış və inkişaf etmişdir. MDB regionunda ilk dəfə olaraq Azərbaycanda bütün yaşayış məntəqələri telefonlaşdırılmış, sabit telefon şəbəkəsi tam elektronlaşdırılmış, ölkə üzrə vahid 7 rəqəmli nömrələmə sistemi və bir kanal vasitəsilə telefon, internet və televiziya xidmətlərindən istifadəyə imkan verən “Yeni nəsil şəbəkələri (NGN)” texnologiyası tətbiq olunmuşdur. Respublikanın bütün ərazisini əhatə edən fiber-optik magistral şəbəkələrinin qurulması və regional informasiya serverlərinin ölkəmizdə yerləşdirilməsi Azərbaycandan region ölkələrinə internet xidmətlərinin ixracını fəal surətdə artırmışdır.

Əhalinin 85 faizindən çoxunun yaşadığı ərazilərin rəqəmli televiziya yayımı ilə əhatəsi, poçt şöbələri tərəfindən bank-maliyyə xidmətləri göstərilməsi, “elektron hökumət”in formalaşdırılması ilə bağlı görülən işlər çərçivəsində “elektron imza”nın tətbiqi, “Elektron hökumət” portalının yaradılması, həmçinin “E-təhsil”, “E-səhiyyə”, “E-vergilər”, “E-gömrük”, “E-ədliyyə” və s. layihələrin reallaşması İKT sahəsində inkişafa təkan verən mühüm nailiyyətlər olmuşdur. Ölkədə fəaliyyət göstərən mobil operatorlar dəfələrlə 3G xidmətinin göstərilməsi üçün texniki baxımdan tam hazır olduqlarını bildirdilər. Nazirlik lisenziya təqdim etdi və ölkədə bu xidmətin tətbiqi rəsmən təsdiqləndi. Xeyli müddət keçməsinə baxmayaraq, 3G və 4G xidməti əhali arasında populyarlaşmadı. Bu gün 5G texnologiyasının tətbiqi gündəmdədir. Qısa müddət ərzində Azərbaycanda 3G və 4 G xidmətindən istifadə edənlərin sayı təxminən 4 milyonu ötmüşdü. Təqdim olunan xidmət səviyyəsinin daha da artırılması, telekommunikasiya bazarının təhlil edilərək vaxtında uyğun tədbirlərin görülməsi onu deməyə əsas verir ki, yaxın gələcəkdə həmin xidmətdən istifadə edənlərin sayı daha da artacaqdır. Bu gün Qrabağda gedən quruculuq, abadlıq, inkişafla bağlı dövlət proqlarına start verilib. Azərbaycanın 3 əsas mobil operatoru olan Azercell, Bakcell və Nar Mobile operatorları əsas istifadəçilərdir. İsərdim Əbədi, əzəli torpaqlarımızın adını daşıyan Qarbağsell mobil operator üçün sahibkarla müraciət edək. Qarbağımızda Şuşada Qarbağsell mobil operator mərkəzi fəaliiyətə başlasın. Bu özlüyündə aparılan mühüm təbliğat deməkdir. Cənab Prezident İlham Əliyev ilk dəfə İKT sektorunun prioritet sahə olduğunu elan edərkən Azərbaycan iqtisadiyyatının gələcəyinin bilavasitə bu sahə ilə bağlı olacağını vurğulamışdır. Bu gün tarixən təbii ehtiyatlara əsaslanan Azərbaycan iqtisadiyyatının texnoloji və innovasiya tutumlu iqtisadiyyata keçid məsələsi aktualdır. Təbii ehtiyatlardan əldə edilən gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsi uzunmüddətli inkişafa hesablanmış uzaqgörən siyasətin tərkib hissəsidir və iqtisadiyyatın bir çox sahələri arasından məhz İKT sektorunun ön plana çəkilməsi bilavasitə onunla əlaqədardır ki, İKT müasir həyatımızın ən gəlirli fəaliyyət sahəsinə çevrilmişdir. Fikirlərimi cənab Prezidentin “Euronews” telekanalına verdiyi müsahibə zamanı səsləndirdiyi “Mən Azərbaycanda informasiya texnologiyalarının gələcəyini neft və qazı öz zamanında əvəz edə biləcək bir sektor kimi görürəm” fikri ilə yekunlaşdırmaq istəyirəm.

Bəli, neçə illər işğalda qalan, dağıdılan, viranə qoyulan yurd yerlərimiz tezliklə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə tikinti-quruculuq, abadlıq meydanına çevriləcək, bu ərazilərdə yenə də sevinc, fərəh yaşanılacaq,Qarabağsell mobil operatorumuzun fəaliyyəti ilə davamlı inkişafa doğru addımlayacağıq.Mən sahibkarlara müraciət edirəm Qarabağımlzda onun adıyla bahəm səslənən Qarabağsell mobil rabitə operatorunun yaranmasına nail olaq.
Bu sahədə çalışmaq istəyən sahibkarların vasitəsilə belə Qarabağseli ölkəmizdə o cümlədən dünyada tanınan mobil şəbəkəyə çevirək”.

Anar Əlişah oğlu Nağıyev, hüquqşünas-jurnalist”.
Ankara escort İstanbul Travesti Shemale İstanbul