Azadsöz.az xəbər verir ki, bu gün Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Göyçay 9 saylı Ərazi Vergilər İdarəsinin bir qrup əməkdaşı Göyçay Bayraq Muzeyində olublar.
Göyçay Bayraq Muzeyinin direktoru Nicat Mahmudov sözügedən qurumun əməkdaşlarına muzeydə yer alan Azərbaycan xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, orta əsrlərdə xanlıqların istifadə etdiyi bayraqlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərində qəbul edilmiş gerblər, bayraqlar, Azərbaycanın konstitusiyası , Silahlı Qüvvələrimizin müxtəlif qoşun birləşmələrinin geyim formaları, poçt markaları, orden və medallar haqqında ətraflı məlumat verib.
Qeyd edək ki, Nazirlər Kabinetinin respublika ərazisində tətbiq etdiyi xüsusi karantin rejimi ilə əlaqədar olaraq, Bayraq Muzeyinə baxış sosial izolyasiya qaydalarına uyğun keçirilib.