05 May 2024 23:52

Fərqliliyimiz Uğurumuzdur

Göyçay sakini özünü asdı

Azadsöz.az xəbər verir ki, Göyçayda  intihar  hadisəsi  baş  verib.Hadisə Ulaşlı Şıxlı kəndində qeydə alınıb.

Kəndin sakini, 2004-cı il təvəllüdlü Qədirov Mehdi Asif oğlu özünü yaşadığı evin həyətində asaraq  intihar edib.

O, kənd məktəbində 10-cu sinif şagirdi olub.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.