18 May 2024 22:14

Düşmən Kəlbəcər və Gədəbəyi atəşə tutdu

Azadsöz.az xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 11-i saat 22:20-dən etibarən 12-si saat 00:05-dək Çəmbərək rayonunun Çəmbərək, Ttucur, eləcə də Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Gədəbəy rayonunun Zamanlı, Qaravəllər, o cümlədən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat  yayıb.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.