Azadsöz.az xəbər verir ki, Rusiyanın Kamçatka diyarında Mi-8 helikopterinin qəzaya uğraması nəticəsində ilkin məlumata görə, 10 nəfər həlak olub.Helikopterdə olan 7 nəfər sağ qalıb.
Məlumata görə, heyət üzvləri dumanlı hava şəraitində helikopteri endirmək istəyiblər. Lakin helikopter “Yelizovo” hava limanından 200 kilometr məsafədəki Kurilsk gölə düşüb.
TASS agentliyi isə qəza zamanı 8 nəfərin həlak olduğunu yazıb. Helikopter göldə batıb. Hadisə yerinə xilasetmə qüvvələri göndərilib.