18 May 2024 20:41

UEFA Superkubokunun sahibi məlum oldu

Azadsöz.az xəbər verir ki, İngiltərənin “Çelsi” klubu UEFA Superkuboku uğrunda görüşdə İspaniyanın “Vilyarreal”ını penaltilər seriyasında məğlub etdi.

Görüş İrlandiyanın paytaxtı Belfastdakı “Windsor Park” stadionunda baş tutub.

Qarşılaşmanın əsas vaxtı və əlavə iki hissə 1:1 hesabı ilə başa çatdı. “Çelsi”dən qolu Hakim Ziyeş (27 -ci dəqiqə), “Vilyarreal”dan isə Xerard Moreno (73) vurublar.

“Çelsi” UEFA Superkuboku uğrunda beşinci dəfə oynayır və tarixdə ikinci dəfə bu kuboku qazanır.