04 May 2024 16:47

Fərqliliyimiz Uğurumuzdur

Şəhid Rüstəm Məmmədovun ad günü qeyd olunub

Azadsöz.az xəbər verir ki, bu gün  İkinci  Vətən müharibəsində şəhid olan Göyçayın  Yeniarx kənd sakini Rüstəm İbrahim oğlu Məmmədovun  doğum günü Mingəçevir şəhər Şəhidlər xiyabanında məzarı önündə qeyd olunub.Tədbirdə Rayon İcra Hakimiyyəti Aparatının nümayəndələri , şəhidin ailə üzvləri, dindarlar, ağsaqqallar iştirak  ediblər.

Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.Daha sonra Rüstəm Məmmədovun  keçdiyi döyüş yolundan, qəhrəmanlıq əzimkarlığından danışılıb.Məktəbin şagirdləri şəhidlərə həsr olunmuş ədəbi bədii kompazisiya ilə çıxış ediblər.

Qeyd edək ki, Rüstəm  Məmmədov orta məktəbi başa  vurduqdan sonra  Sumqayıtda hərbi xidmət keçib.Əsgərliyini  layiqincə  başa  vurub  qayıdaraq, Göyçay şəhər Musiqi məktəbində müəllim vəzifəsində çalışıb.

Hələ İkinci Vətən Müharibəsi başlamazdan 20 gün öncə həyatını yenidən hərbiyə bağlayaraq, MAXE kimi, ordu sıralarında qulluğunu davam  etdirib.Torpaqlarımızın düşmən tapdağında qalması ilə  heç  bir zaman barışa bilməyən igidimiz sentyabrın 27-də başlayan 44 günlük  Vətən müharibəsində son damla  qanına  kimi  vuruşaraq, sentyabrın 29-da Suqovuşan-Ağdərə istiqamətində döyüşlərdə şəhid olub.

Amma uzun müddət onun nəşini götürmək mümkün olmayıb.Nəhayət 22 noyabr 2020 ci ildə isə Şəhidimizin nəşi Mingəçevirə gətirilərək, Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Xatırladaq ki, bacısı Könülün ilk- qız övladı dünyaya gələn gün 07 noyabr 2020 ci ildə Rüstəmin Şəhidliyi təsdiqlənib, ailəsinə, anasına-Aynur xanıma xəbər verilib…Ancaq bu acı xəbər bacısından gizlədilib.Oğlu əsgərlikdə olarkən cavan həyat yoldaşını itirən Aynur xanım sonra həyatının ikinci-ən böyük zərbəsini alıb, övladını itirib.

Tədbirin  sonda şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə təşəkkürlərini bildiriblər.