04 May 2024 20:08

Fərqliliyimiz Uğurumuzdur

Çaxırlı kənd sakinləri ilə görüş keçirildi-FOTO

Azadsöz.az xəbər verir ki, Azərbaycanın hər yerində  olduğu  kimi Göyçayın  bəzi kəndlərində  də   yay fəsli  ilə  əlaqədar su problemi  yaranıb.Səbəb kəndlərin ərazisindən keçən su arxlarının, şirə kanallarının təmizlənməsinə baxmayaraq, isti yay  aylarında yağıntının yağmaması, çaylarda suyun səviyyəsinin aşağı düşməsi sakinləri su qıtlığı ilə  üz-üzə  qoyub.

Sözügedən məsələ ilə  bağlı  bir neçə  gün bundan əvvəl  Göyçayın Çaxırı kəndinin bir qrup sakini  rayon icra hakimiyyətinin qarşısına  toplaşaraq, problemin həll olunmasını istəyiblər.

Qeyd  edək  ki, məsələ ilə bağlı Göyçay rayon icra hakimiyyətindən  reaksiya  verilib. 10 avqustda rayonun icra başçısının 1 ci müavini İkram Vəliyev  həmin şəxsləri  qəbul  edərək, dinləyib.

Xatırladaq  ki, mövcud vəziyyət barədə komissiya yaradılıb, rayon suvarma sistemləri idarəsinə lazımı tapşırıqlar verilib.