08 Sentyabr 2024 03:53

Göyçay sakini saxlanıldı-FOTOLAR

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan  Azadsöz.az-a verilən məlumata görə, şəhər sakini, əvvəllər məhkum olunmuş Seymur Abdullayevin yaşadığı ünvanda narkotik vasitə saxlaması barədə polisə əməliyyat məlumatı daxil olub.

Keçirilən tədbir zaman o, şübhəli şəxs qismində saxlanılıb, evinə baxış keçirilən zaman oradan narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb. Götürülən maddi sübutlar ekspertizaya təqdim edilib.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.