Azadsöz.az xəbər verir ki, Bakıdakı Şəhidlər xiyabanında naməlum qəbirlər açılır.Modern.az-ın ərazidə olan əməkdaşının verdiyi xəbərə görə, artıq bir neçə məzar açılıb.
Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nəzdindəki Əhaliyə vətəndaşlıq xidməti trestinin baş mühəndisi Sabir Həsənov açıqlamasında faktı təsdiqləyib.
S.Həsənov bildirib ki, qəbirlərin açılması Səbail Rayon Prokurorluğunun qərarı ilə həyata keçirilir:
“Bunun səbəbi naməlum qəbirlərin kimlərə aid olmasını müəyyən etməkdir”.