19 May 2024 03:48

Eldəniz Səlimov saxlanıldı

Azadsöz.az xəbər verir ki, toxunulmazlıq hüququndan məhrum edilən millət vəkili Eldəniz Səlimov törətdiyi əmələ görə artıq Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən saxlanılıb.E.Səlimov bu gün Binəqədi rayon məhkəməsində hakim qarşısına çıxarılacaq.

Qeyd edək ki, bu  gün  Milli Məclisin iclasında deputatın toxunulmazlığına xitam verilib.

Xatırladaq ki, iyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb. Toplanmış material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.