05 May 2024 12:16

Fərqliliyimiz Uğurumuzdur

Azərbaycanda deputat sərxoş halda polisə hücum çəkdi-FOTO

Azadsöz.az xəbər verir ki, Xaçmaz rayonunun deputatı Eldəniz Səlimovun polisi döyməsi barədə məlumat yayılıb.

Xaçmaz sakinlərindən Bakupost.az-a bildirilib ki, hadisə dünən Nabranda baş verib.

Sakinlərin sözlərinə görə, deputat sərxoş olub və istirahət mərkəzlərinin birində Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğluna hücum çəkərək ona xəsarət yetirib.

Hazırda polis əməkdaşı işə çıxmır.

Qeyd edilib ki, deputatın ailə üzvləri polisin evinə gediblər, ondan məsələni böyütməməyi xahiş ediblər.

Heç kəsə kobud rəftar etmək olmaz…” – MİLLƏT VƏKİLİ – EtikXəbər