Azadsöz.az xəbər verir ki, İkinci Vətən müharibəsin qazisi, baş leytenant Cahangirli Habil Həzər oğlu bu gün səhər saatlarında müalicə aldığı Ankaranın Hacettepə xəstəxanasında dünyasını dəyişib.
Bildirək ki, qazimiz Bakıda “German” hospitalda əməliyyat olunmuşdu. Həkim səhlənkarlığı ucbatından yarasına infeksiya düşüb və vəziyyəti kəskin pisləşərək, Ankaraya aparılmışdı.
Baş leytenant Prezident İlham Əliyev sərəncamı ilə “Füzulinin azad edilməsinə görə” və “Xocavəndin azad edilməsinə görə” medalları ilə təltif olunub.(bakupost)