18 May 2024 22:14

Aşıq Ələsgərə həsr olunmuş videoçarx hazırlanıb

Azadsöz.az xəbər verir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 nömrəli filialı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi ilə əlaqədar “Aşıq Ələsgər – 200” adlı videoçarx hazırlayıb.

Kitabxananın hazırladığı növbəti videoçarxda Azərbaycanın ustad aşığı Aşıq Ələsgərin həyat və yaradıcılığı haqqında məlumat verilir. Videoçarxda, həmçinin kitabxananın əməkdaşı ustad aşığın əsərlərini də səsləndirib.

Xatırladaq ki, Prezident İlham Əliyevin “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən, bu il ölkəmizdə ustad aşığın yubileyi ilə bağlı bir sıra tədbirlər həyata keçirilir.