07 May 2024 15:52

Fərqliliyimiz Uğurumuzdur

“Yaradanlar” filmi mükafat alıb

Azadsöz.az xəbər verir ki, “Yaradanlar” bədii-sənədli filmi Vesuvis İnternational Film festivalında Münsiflərin Xüsusi Mükafatına layiq görülüb. Müsabiqənin nəticəsi covid 19 pandemiyası ilə əlaqədar olaraq online şəkildə elan olunub. Film dahi memarlar Mikayıl Hüseynov və Sadıq Dadaşovun həyat və yaradıcılıq fonunda 20-ci əsrdə kommunist ideologiyasının Azərbaycan mədəni irsinə , əxlaqına vurduğu şiddətli zərbənin araşdırılmasından, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdikdən sonra ziyalıları represylardan qoruyaraq onların yaşayıb yaratması üçün qayğılarından bəhs edir.

Filmin ssenari müəllifi Natiq Rəsulzadə operator – Rüfət Suleymanov, Bəstəkar – Azər Əsgərov, rəssam – Lalə Hüseynzadə, Prodüser – Nazim Hüseynovdur.

Qeyd edək ki, “Yaradanlar” bədii-sənədli filmi “Səlnamə” kinostudiyasında 2020-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə istehsal olunub.