Azadsöz.az xəbər verir ki, General-mayor Ənvər Zəkəriyyə oğlu Əfəndiyev müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Ə.Əfəndiyev Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsinin rəisi vəzifəsindən azad edilib.