Azadsöz.az xəbər verir ki, bu gün Milli Mətbuat gününün yaranmasının 146- cı ili münasibətilə Göyçay şəhər M.Ə.Sabir adına Mərkəzləşdirilmiş Kitabxanada tədbir keçirilib. Tədbirdə Azadsöz.az saytının təsisçi və baş redaktoru Səbuhi Eltonlu, “Göyçay” qəzeti, Göyçay informasiya agentliyi saytı və NarTv Göyçay yotube kanalının baş redaktoru Anar Nağıyev, AYB, AJB üzvü, Prezident Təqaüdçüsü Aqil Kəngərli, Göyçay Bayraq Muzeyinin rəhbəri Nicat Mahmudov, şair, publisist Adil Məmmədli, əməkdar müəllim, Prezident Təqaüdçüsü Pərviz Yəhyalı, Göyçay informasiya agentliyinin baş redaktoru Gülşən Muradova iştirak edib.
Tədbirdə peşə fəaliyyətlərini həyata keçirərkən şəhid olan jurnalistlərimizin, 44 Günlük Vətən Müharibəsində şəhid olan igidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra tədbiri giriş sözü ilə açan Göyçay şəhər M.Ə.Sabir adına Mərkəzləşdirilmiş Kitabxananın direktoru Nərmin Xəlilova mətbuat işçilərini Milli Mətbuat günü münasibəti ilə təbrik edərək və onlara fəaliyyətlərində uğurlar arzulayıb.Çıxışında mətbuatın yaranması və formalaşması mövzusunda geniş məlumat verərək bildirib ki, Azərbaycanda Millli Mətbuat Günü iyulun 22-də, 144 il əvvəl Həsən bəy Zərdabi tərəfindən ilk çap nəşri – “Əkinçi”qəzetinin buraxıldığı gündə qeyd edilir.
Daha sonra tədbir iştirakçıları Milli Mətbuatımızın yaranma tarixindən, keçdiyi inkişaf yolundan, tarix boyu üzləşdiyi çətinliklərdən geniş məlumat verib. Tədbirdə 1993-cü ildə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonrakı dövr Azərbaycan mətbuatının inkişafında yeni mərhələnin başlanğıcı olduğu vurğulanıb.
Tədbirin sonunda mətbuat nümayəndələri üçün çay süfrəsi təşkil olunub, xatirə şəkili çəkilib.