Azadsöz.az xəbər verir ki, Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan ölkəsinin Azərbaycanla sülh danışıqlarına başlamağa hazır olduğunu təsdiqləyib.
Xarici KİV-ə istinadən bildirilir ki, bu barədə o, hökumətin iclasında deyib.
“Sülh və sabitliyin alternativi yoxdur. Ermənistan hökuməti bölgə üçün dinc inkişaf dövrü açmaq vəzifəsini yerinə yetirməyə qərarlıdır”, – deyə Paşinyan vurğulayıb.