Azadsöz.az xəbər verir ki, bu gün teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti Azər Mirzəyevin ildönümüdür.Mirzəyev Azər Əlibala oğlu 1952-ci il mayın 12-də Zərdab rayonunda müəllim ailəsində anadan olub. Atasının işi ilə əlaqədar olaraq sonradan ailəsilə Sabirabad rayonuna köçüb, orta məktəbi burda başa vurub.
Azər Mirzəyev 1968-ci ildə SSRİ xalq artisti Adil İsgəndərovun rəhbərliyi altında “Azərbaycanfilm”in nəzdində fəaliyyət göstərən kino aktyorluğu studiyasına qəbul olunub.1970-ci ildə buranı bitirəndən sonra sənədlərini İncəsənət İnstitutunun (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) dram və kino aktyorluğu fakültəsinə verib və qəbul olunub. İncəsənət İnstitutunda respublikanın xalq artisti, professor Rza Təhmasib və Fikrət Sultanov kimi sənətkarlardan akytorluq sənətinin sirlərini öyrənib.
Əməkdar artistimiz 1974-cü ildə bu ali məktəbi bitirəndən sonra təyinatla Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına göndərilib. O vaxtdan ömrünün sonuna qədər bu tetrda çalışıb.Sevimli aktyorumuz “Yaşıl eynəkli adam”, “Nekroloq”,”Qeybdən gələn səs”, “Dəvətnamə” və bir çox filmlərdə bənzərsiz obrazlar yaradıbdır.
Əməkdar artisti Azər Mirzəyev 19 iyul 2014-cü ildə ürək tutmasından Bakı şəhərindən vəfat edib.Sabirabad rayonunda dəfn edilib.