Azadsöz.az xəbər verir ki, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinə yekun vurulub.Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi “Legiya” da cavab matçına çıxıb. Polşa təmsilçisi Norveçin “Budyo Qlimt” klubunu qəbul edib. Oyun “Legiya”nın qələbəsi ilə başa çatıb – 2:0. Mahir Emreli ilk qolun ötürməsini verib.
“Legiya” bu qələbə ilə Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinə yüksəlib.
Qeyd edək ki, Norveçdə keçirilən ilk oyun “Legiya”nın 3:2 hesablı qələbəsi ilə başa çatıb. Həmin görüşdə yeni klubunda rəsmi debüt edən Mahir Emreli 2 qol vurub.