Azadsöz.az xəbər verir ki, Türkiyənin Rizə vilayətində leysan yağışların səbəb olduğu torpaq sürüşməsi baş verib.Nəticədə 1 nəfər ölüb, 3 nəfər itkin düşüb. Leysan yağışlarına görə çaylarıdakı suyun səviyyəsini artıb.
Rizə vilayətinin qubernatorluğundan bildirilib, vilayətin mərkəz hissəsində, Güneysu və Çaeli rayonlarında da daxil olmaqla bir çox yerində sürüşmə və daşqınlar qeydə alınıb.
Axtarış-xilasetmə işləri zamanı Muradiye rayonunda torpaq sürüşməsi nəticəsində çökən evin dağıntıları yerində bir nəfərin cəsədi tapılıb. Üç nəfərin itkin olduğu, daha dörd nəfərin yaralandığı bildirilib.
Türkiyə Prezidenti Rəcəb Ərdoğan tapşırığına əsasən, Ətraf Mühit və Şəhərsalma naziri Murat Kurum, Daxili İşlər naziri Süleyman Soylu və Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu bölgəyə yola düşüblər.