Azadsöz.az xəbər verir ki, Təhsil naziri Emin Amrullayev iyulun 23-ü saat 16:00-da Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonların sakinlərini və bu bölgələrdə müvəqqəti məskunlaşmış məcburi köçkün vətəndaşlarımızı videobağlantı vasitəsilə qəbul edəcək.
Qeyd edək ki, qəbulda iştirak etmək istəyən qeyd olunan rayon (şəhər) sakinləri 17 iyul saat 18:00-dək Təhsil Nazirliyinin Çağrı Mərkəzinin “146-1” nömrəli telefonuna zəng edə və ya nazirliyin rəsmi saytı (https://edu.gov.az/contact_us) vasitəsilə virtual qəbula yazıla bilərlər.