27 Noyabr 2024 21:34

Daxili İşlər Nazirliyi bloqerlə bağlı-Açıqlama verdi-VİDEO

Azadsöz.az  xəbər  verir  ki, Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə “qadınları zorlayın” deyə çağırış edən bloqerlə bağlı araşdırmalara başlayıb.

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, sözügedən paylaşımdan məlumatlıdırlar: “Artıq həmin şəxsin kimliyinin və yerinin müəyyən edilməsi istiqamətində araşdırmalara başlanılıb. Araşdırmanın nəticəsindən asılı olaraq, həmin şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul olunacaq”.

Xatırladaq ki, ötən gün sosial şəbəkədə özünü “Pantural” kimi təqdim edən şəxs kişi cinsindən olan şəxslərə müraciət edərək ictimai yerlərdə onları şəhvətləndirən qadınlara qarşı seksual xarakterli zorakılıq əlamətləri törətməyə çağırış edib.Blogger paylaşımda açıq-saçıq geyinən qadınların kişiləri narahat etdiyini deyib:

“Sən diskomfort yaşadırsan. Bəli, şüur bizə verilib ki, nəfsimizə qalib gələk. Buna görə də siz küçədə salamat gəzə bilirsiniz, başınızı üzmürük ya da şapalaq vurmuruq, amma vurmaq lazımdır. Harada açıq-saçıq q****q gördüz, zorlayın, adlı çağırış edirəm” deyə şərh yazıb.

Həmin videonu izləyənlər bloqeri tənqid atəşinə tutublar. Bundan sonra “Pantural” sözügedən videosunu hesabından silmək məcburiyyətində qalıb.

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul