Azadsöz.az xəbər verir ki, iyulun 7-də İkinci Vətən müharibəsində şəhid olan Göyçayın Məlikkənd kənd sakini Hüseynov Xəyyam Hüseyn oğlunun ad günü dəfn olunduğu Məlikkənddə və evində keçirilib.Şəhidimizin ad günündə rayon İcra Hakimiyyətinin müavini, kənd sakinləri, şəhidin ailə üzvləri, ağsaqqallar və dindarlar iştirak ediblər.
Əvvəlcə Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.Daha sonra Rayon İcra Hakimiyyəti başçısının müavini Ədalət Dövlətov şəhidin ailəsinə baş sağlığı verərək, şəhidimizin keçdiyi döyüş yolundan, qəhrəmanlıq əzimkarlığından söhbət açıb.Mərasimdə çıxış edənlər 25 yaşı tamam olan şəhid Xəyyam Hüseynovla bağlı xatirələrini bölüşüblər.
Görüşün sonunda Şəhidimizin atası Hüseyn Hüseynov oğlunun ad günündə göstərilən diqqət və qayğıya görə İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə ailəsi adından təşəkkürünü bildirib.