Azadsöz.az xəbər verir ki, Azərbaycan Odusunun Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçusunun nəşi tapılıb.
9 aydır itkin düşən kapitan Pənahov Əkbər Bəylər oğlunun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu təsdiqlənib.
O, Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.Şəhidimiz iyulun 12-də Bakıda dəfn ediləcək.
Qeyd edək ki, Ə.Pənahov 12 avqust 1990-cı ildə anadan olub.