Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyətinin növbəti geniş iclası keçirilib.Bu keçirilən iclasda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev bildirib ki, iclasın gündəliyində cari məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.
Keçirilən iclasda İttifaqın İdarə heyətinin yekdil qərarı ilə ANS-in sabiq prezidenti, prodüser, rejissor və ssenarist Vahid Mustafayev də Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü qəbul edilib.