05 May 2024 09:35

Fərqliliyimiz Uğurumuzdur

İş adamı qazimiz Camal Alxasova avtomobil hədiyyə etdi-FOTOLAR

Azadsöz.az  xəbər  verir ki, “Efendiler Group”- un sahibi, iş adamı Ə.Ənvərli tərəfindən İkinci  Vətən müharibəsində hər iki ayağını itirmiş qazimiz Camal Alxasova Geely Azərbaycan yeni model avtomobil hədiyyə olunub.Qazimizə avtomobili Ə.Ənvərli  şəxsən özü təqdim edib.

Xatırladaq  ki, qazimizi  sevdindirən sahibkar həmçinin digər iş adamları və şirkət sahiblərinə çağırış edərək onların da qazilərimizə eləcədə şəhid ailələrinə dəstək olmağa çağırıb.

Qeyd edək ki “Efendiler Group”-un 20 illik fəaliyyəti dövründə ictimailəşmiş dəstəkləri və yardım kampaniyaları olub, eləcə də Covid19-la mübarizədə və Vətən müharibəsində şirkət bütün imkanlarından istifadə etmiş və bundan sonrada edəcəyini söz verib.