28 Noyabr 2024 01:36

Bərdədə anti-sanitar şəraitdə fəaliyyət göstərən müəssisə aşkarlandı-FOTO

Azadsöz.az  xəbər verir  ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bərdə rayonu, Bahadur Hacıyev küçəsi 61 ünvanında fəaliyyət göstərən fiziki şəxs Cəfərquliyev Elmir Əhməd oğluna məxsus qablaşdırılmış içməli su istehsalı müəssisəsinə baxış keçirilib.

Yoxlama zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik qaydalara, eləcə də qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi aşkarlanıb. Belə ki, müəssisədə xammalların və hazır məhsulların saxlama rejimlərinə riayət edilmədiyi, həmçinin çalışan işçi heyətin dövri tibbi müayinədən keçirilmədən fəaliyyət göstərdiyi müəyyən edilib. Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Bərdədə anti-sanitar şəraitdə fəaliyyət göstərən içməli su istehsalı müəssisəsi aşkarlanıb

Ankara escort İstanbul Travesti Shemale İstanbul