Azadsöz.az xəbər verir ki, Göyçayda taxıl biçini başa çatıb, zəmilərdən 42 min 502,2 ton məhsul götürülüb.
Cari mövsümdə rayonda 12 min 500 hektar sahədə, onun 6261 hektarında buğda, 6239 hektarında arpa yetişdirilib. Bu il istehsal olunan məhsul ötən ildəki göstəricidən 3398,2 ton çox olub.
Qeyd edək ki, son illər taxılçılıqla məşğul olan fermerlər və fiziki şəxslər yerli şəraitə uyğun yüksək repreduksiyalı taxıl sortlarının əkininə xüsusi diqqət yetirirlər. Bu da hər hektardan məhsuldarlığın artımına səbəb olub. Bu il orta məhsuldarlıq 2,7 sentner artıb və 34 sentnerə çatıb.