27 İyul 2024 07:50

“WhatsApp”da yeni funksiya işə salındı

Azadsöz.az  xəbər  verir  ki, “WhatsApp” messencerində bir hesabın bir neçə cihazda eyni vaxtda istifadəsi funksiyası işə salınıb.İstifadəçinin cihazları bir-birinə bağlandıqdan sonra “WhatsApp Web” və “WhatsApp Desktop”un eyni anda işləməsi üçün əsas cihazın onlayn qalmasına ehtiyac qalmır. Bu rejimdə bir hesaba əlavə edilən beş cihazdan istifadə etmək olar.

Hazırda bu funksiya tətbiqin 2.21.14.1 nömrəli beta versiyasında və yalnız “Android”də işləyir. Daha sonra yeni funksiya bütün istifadəçilər üçün əlçatan olacaq.