19 İyun 2024 02:35

Medalla təltif olunmayan müharibə iştirakçılarının narazılığına açıqlama verilib-RƏSMİ

“Müharibədə iştirak edib ancaq medalla təltif olunmadıqları iddiası ilə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi qarşısında toplaşan bir qrup vətəndaş tərəfimizdən qəbul edilib”.          

Azadsöz.az  xəbər  verir  ki, bu barədə Müdafiə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

“Görüş zamanı bildirilib ki, hərbi qulluqçuların müvafiq medallarla təltif olunmaları onların keçdikləri döyüş yolu və müharibədə bilavasitə iştirakı amilinin araşdırılması yolu ilə həyata keçirilib. Görüşdə vətəndaşlar dinlənilib və müraciətləri ilə bağlı ərizələr alınaraq məsələnin araşdırılması məqsədilə hərbi hissələrə müvafiq tapşırıqlar verilib”, – deyə MN-dən qeyd edilib.