Azadsöz.az xəbər verir ki, Azərbaycanda zəlzələ qeydə alınıb.Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerli vaxtla saat 01:58-də Qazax stansiyasından 28 km şimal-şərqdə Ağstafa rayonunda qeydə alınıb.
3 maqnitudada baş verən yeraltı təkanların ocağı 4 kilometr dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb.