Azadsöz.az xəbər verir ki, Vətən Müharibəsində ağır yaralanan Ağstafa rayonunun Kolxəlifəli kənd sakini, Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu (MAXE) 1988 ci il təvəllüdlü Kazımov Ruslan Mustafa oğlu qəfil vəfat edib.Şəhidimiz bu gün doğulduğu kənddə dəfn olunacaq.
Xatırladaq ki, Rusal Kazımov Vətən Müharibəsində iştirak edib. Ağır döyüşlərin birində başından gülə yarası alıb.
Qeyd edək ki, mərhum Aprel döyüşlərində də iştirak edib. Ruslan Kazımov ötən gün Prezident İlham Əliyev sərancamı ilə medalla təlltif edilib.