Azadsöz.az xəbər verir ki, Təhsil nazir Emin Amrullayev iyunun 25-i saat 16:00-da Göygöl, Goranboy, Ağstafa, Qazax, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Xocalı rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkün vətəndaşlarımızı və Gəncə şəhərində şəhərinin sakinlərini videobağlantı vasitəsilə qəbul edəcək.
Qeyd edək ki, qəbulda iştirak etmək istəyən qeyd olunan rayon (şəhər) sakinləri 23 iyun saat 18:00-dək Təhsil Nazirliyinin Çağrı Mərkəzinin “146-1” nömrəli telefonuna zəng edə və ya nazirliyin rəsmi saytı (https://edu.gov.az/contact_us) vasitəsilə elektron müraciət edə bilərlər.