Azadsöz.az xəbər verir ki, Bakı şəhəri 311 nömrəli tam orta məktəbin direktoru Esmira Muradova vəzifəsindən azad edilib. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, məktəbin direktoru Esmira Muradova işdə yol verdiyi nöqsanlara, fəaliyyətindəki uyğunsuzluğa və ərizəsi əsasında işdən çıxmaq istəyi nəzərə alınaraq tutduğu vəzifədən azad olunub.