03 May 2024 22:17

Fərqliliyimiz Uğurumuzdur

Metronun iş saatlarında dəyişiklik edildi – RƏSMİ

Bu gündən Azərbaycanda futbol üzrə Avropa çempionatı start götürür. İyulun 11-dək davam edəcək yarış günlərində “Bakı Metropoliteni” QSC gücləndirilmiş rejimdə çalışacaq və yarış günlərində Bakı metrosunda iş saatlarında dəyişiklik ediləcək.

Azadsöz.az -ın  məlumatına görə, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, bəzi günlərdə yarışlar gec saatlarda keçiriləcəyindən tamaşaçıların mənzil başına rahat çatması üçün metroda iş saatlarının uzadılması müzakirə olunur.

B.Məmmədov həmçinin deyib ki, 12 iyun və 20 iyunda şənbə-bazar olmasına baxmayaraq, metroda sənişindaşıma dayandırılmayacaq:

“Həmçinin oyunların keçirilməsi nəzərdə tutulan digər şənbə-bazar günlərilə bağlı da müzakirələr aparılır”.

Xatırladaq ki, Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli 151 №-li qərarına uyğun olaraq, aşağıdakı müddətlərdə ictimai nəqliyyatın, o cümlədən Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti göstərməyəcəyi açıqlanıb:

– 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək;
– 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək;
– 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək;
– 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək.