Azadsöz.az xəbər verir ki, Kəlbəcərdə peşə fəaliyyətini yerinə yetirərkən minaya düşən AzTV-nin əməkdaşı Sirac Abışov bu gün Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilib.
Qeyd edək ki, mərasimdə şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər.