Azadsöz.az xəbər verir ki, Azərbaycan Televiziyasının operatoru, 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.
Hadisə zamanı, həmçinin AzTV-nin rejissoru Emin Məmmədov, sürücü və kənd sakini yaralanıb.