Azadsöz.az xəbər verir ki, Göyçayda elektrik enerjisi təsərrüfatının yenilənməsi, nasazlıqların aradan qaldırılması, yararsız elektrik dirəklərinin yeniləri ilə əvəz olunması bununla yanaşı küçələrin işıqlandırılmasının təmin olunması istiqamətində işlərin görülməsinə başlanıb.
Rayonun Heydər Əliyev prospekti, Səməd Vurğun, Mehdi Hüseynzadə, Nizami küçələrində elektrik təsərrüfatında yararsız naqil və dayaqlar yeni beton dayaq və kabellərlə əvəz olunaraq, işıqlandırma bərpa edilib.
Qeyd edək ki, sözügedən prospekt və küçələrdə yaşayan sakinlərin elektrik enerjisi ilə təchizatının dayanıqlı və keyfiyyətli olmasına şərait yaradılıb.