Azadsöz.az xəbər verir ki, bir neçə il öncə insult keçirən meyxanaçı Ağakərimin (Kərim Novruzov) səhhətində irəlləyiş yoxdur.Meyxanaçının oğlu atasının vəziyyəti ilə bağlı bu sözləri deyib:
“Atamın vəziyyətində irəliləyiş yoxdur. Ev şəraitində müalicə olunur. Həkimlər söylədilər ki, onun müalicəsi üçün evlə xəstəxananın heç bir fərqi yoxdur. Özünə qapanıb, danışdırmasan danışmır. Ümidimiz Allahadır. Biz lazım olan bütün dərmanları veririk.Yanına həkim və ailə üzvlərindən başqa heç kim girmir. Pandemiya dövrüdür deyə, qorxuruq. Atamı virusdan qorumağa çalşırıq”.
Qeyd edək ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb.