Azadsöz.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tanınmış cüdoçu Rüstəm Orucovun rütbəsini qaldırıb.
Olimpiya mükafatçısı bu barədə “feysbuk”da paylaşım edib:
“Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi cənab general-polkovnik Elçin Quliyevin müvafiq əmrinə əsasən növbəti “Baş Leytenant” hərbi rütbəsinə layiq görüldüm. Sərhədçi İdman Olimpiya Mərkəzinin rəisi polkovnik Elşən Mirzəyev və Mərkəz rəisinin müavini idman bölməsinin rəisi polkovnik-leytenant Firdovsi Umudov tərəfindən təltifləndim. Azərbaycan Respublikasına xidmət edirəm!”.
Həmçinin karate üzrə Avropa çempionu və İslam Həmrəyliyi Oyunlarının qalibi Fəridə Abıyevaya kapitan rütbəsi alıb.
Qeyd edək ki, bir neçə gün öncə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevin sərəncamı ilə tanınmış idmançı Nicat Şıxəlizadənin də rütbəsi artırılmışdı. DSX-də xidmət edən, kapitan N.Şıxəlizadə “mayor” rütbəsinə layiq görülmüşdü.