19 May 2024 04:12

Əlillik və reabilitasiya məsələləri ilə bağlı bu bölgələrdə görüşlər keçiriləcək

Azadsöz.az xəbər verir kiDövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdul-Qədirov tərəfindən əlillik və reabilitasiya məsələləri ilə bağlı bölgələrdə vətəndaşlarla görüşlər keçiriləcək. 

İlk belə görüş mayın 27-də Agentliyin Xaçmaz şəhərindəki Reabilitasiya Mərkəzində olacaq. Bölgə sakinlərinin əlilliyin qiymətləndirilməsi, reabilitasiya xidmətləri və vasitələri ilə təminatla bağlı müraciətləri cavabalandırılacaq, müvafiq hallarda əlilliyin qiymətləndirilməsi üçün yerində əyani müayinələr aparılacaq.

Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonlarından olan vətəndaşlar (050) 677 33 34 nömrəsinə zəng etməklə qəbula yazıla bilərlər. Əvvəlcədən tərtib edilmiş siyahı əsasında vətəndaşlar qəbul ediləcək.