Azadsöz.az xəbər verir ki, “Avroviziya” mahnı müsabiqəsinin finalı başa çatıb.Tamaşaçı səsverməsinə əsasən, Azərbaycan 33 bal toplayıb.
Bununla ümumilikdə ölkəmiz 65 bal toplayıb. Azərbaycan müsabiqəni 20-ci yerdə tamamlayıb.
Qeyd edək ki, təmsilçimiz Samirə Əfəndi “Mata Hari” mahnısı ilə 21-ci nömrə altında çıxış edib.
Xatırladaq ki, Birincilik uğrunda Azərbaycan, Norveç, İsrail, Rusiya, Malta, Litva, Kipr, İsveç, Belçika, Ukrayna, Albaniya, Serbiya, Bolqarıstan, Moldova, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Yunanıstan, Finlandiya, Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya, Niderland mübarizə aparıb.